HAQQIMIZDA

XXI əsr – biznes və yüksək texnalogiyalı telekomunikasiya erasıdır. İnformasiyanın alınması və ötürülıməsi hər gün daha da mükəmməlləşir. Mobil telefonların bu erada rolu təsəvvürolunmaz dərəcədə böyükdür, çünki mobil telefonlar artıq bizim həyatımızın bir parçasına çevrilib.
Azərbaycan bu gün adambaşına düşən telefon sayına görə aparıcı ölkələr sırasındadır. Doğrudan da hansı tərəfə baxırsan bax, kiminlə danışırsan danış hər tərəfdə mobil telefonlarla qarşılaşırsan – ilk modellərdən tutmuş, bazara çıxarılan ən son telefonlara qədər.
Ölkəmizdəki satış həcmini nəzərə alıb, Azərbaycanda yaşayan və çalışan hər kəsin istifadəsinə yararlı olacaq yeni məkan yaratmaq qərarına gəldik. Budur, Azərbaycan mobil telefon bazarını Internet-də əks etdirən vahid bir məkan.
Saytımızın başlıca məqsədi telefon alıb-satmaq istəyən fiziki və hüquqi şəxsləri görüşdürməkdir. Qeydiyyatdan keçmiş hər bir istifadəçi çox asan menyu sayəsində satmaq istədiyi telefon haqqında saytımızda pulsuz elan yerləşdirə bilər.
AzMobInfo bir çox adamlar üçün faydalı olacaq:
  1. Adi istifadəçilər istədikləri yeni yaxud işlənmiş telefonun hal-hazırdakı bazar qiymətini rahat öyrənə biləcək
  2. Özü üçün telefon almaq yaxud öz telefonunu satmaq istəyən fiziki şəxslər istədiklərinə nail olacaq
  3. Yeni yaxud istifadə olunmuş telefonların satışı yaxud barteri ilə məşğul olan fiziki və hüquqi şəxslər məlumat mənbəyi qazanacaq
  4. Kiçik və iri çeşidli telefon mağazaları öz imkanlarını artıra biləcək
  5. Mobil telefon idxalı ilə məşğul olan təşkilatlar saytdan virtual vitrin kimi istifadə edə biləcək
Hər bir kəs saytımızdakı qiymətləri müqayisə edərək ən sərfəli qiymətə yeni yaxud işlənmiş mobil telefon əldə edə bilər. Telekommunikasiyanın bu növünə olan ehtiyacını nəzərə alaraq inanırıq ki, AzMobInfo “mobil” bazarında rəqabətin inkişafına, qiymətlərin tənzimlənməsinə və aşağı düşməsinə təkan verəcək.

Sizə uğurlu axtarış diləyirik

Fatal error: Cannot redeclare security_update() (previously declared in /home/content/H/a/j/HajiVusal/html/welcome.php:11) in /home/content/H/a/j/HajiVusal/html/welcome.php on line 25